×

Xəbərlər

Xəbərlər 12 Apr 2023
ADNSU-da "SEO’ya Giriş" adlı seminar keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "SEO’ya Giriş" mövzusunda seminar keçirilib. 

HPC mərkəzinin texniki direktoru, dosent Elviz İsmayılov “SEO’ya Giriş” haqqında geniş təqdimatla çıxış edib. Axtarış sistemlərinin reytinqi, SEO optimallaşdırma modelləri, hər hansı veb-saytın xarici və daxili optimallaşdırılması, həmçinin axtarış sorğularının düzgün təşkil olunması, axtarış sistemlərinin filtrləri haqqında tələbələrə ətraflı məlumat verilib. 

İnteraktiv formatda keçirilən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş