×

Xəbərlər

Xəbərlər 12 Apr 2023
ADNSU-da auditoriyada müasir məşğələlərlə bağlı növbəti seminar keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda təlim-seminar keçirilib. Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti iştirak edib.

Bir müddət əvvəl “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda keçirilən təlim-seminarın davamı olaraq təşkil edilən tədbirdə öncə Vətən uğurunda canından keçə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. 

Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti, təhsil üzrə mütəxəssis Asif Cahangirov geniş təqdimatla çıxış edərək müasir dövrdə ali təhsillə bağlı bir çox vacib məqamları iştirakçılarla bölüşüb. O, modern təhsil sistemindən söz açaraq təqdimatlar, mühazirələr, onların təşkil edilməsi, tələbələrə daha rahat və müasir formada çatdırılması, o cümlədən tədrisdə tətbiq olunan yeni metodologiyalardan danışıb.  Təlim-seminarda müasir təhsillə bağlı müxtəlif istiqamətlərdən bəhs edən peşəkar təhsil bilicisi mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb, öz zəngin təcrübəsini onlarla bölüşüb. 

Sonda qonağa ADNSU-nun rektoru, professor Mustafa Babanlı tərəfindən hədiyyə təqdim olunub.


Paylaş