×

Xəbərlər

Xəbərlər 13 Apr 2023
ADNSU-da gənclərin maarifləndirilməsi mövzusunda tədbir keçirilib

Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və tütünə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə əvvəlcə 44 günlük vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir ADNSU-nun təşkilatçılığı və Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) tərəfindən “Gənclər gələcək naminə narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub. 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb və tədbirin gənclərin maariflənməsi baxımından əhəmiyyətindən danışıb, narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. 

Öndər TV-nin təsisçisi və baş redaktoru Ramil Əliyev əsrin bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində görülən işlərən danışıb. Gənclərin bu sahədə məlumatlılığının artırılmasının vacib olduğunu deyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş