×

Xəbərlər

Xəbərlər 17 Apr 2023
ADNSU-da özfəaliyyət kollektivlərinə baxış konserti olub

Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalına hazırlıq məqsədilə özfəaliyyət kollektivlərinə baxış konserti keçirilib.

Tələbələrin çıxışlarını Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Əliqismət Lalayev, Hafiz Quliyev və digər incəsənət nümayəndələri qiymətləndiriblər.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsertdə tələbələrin ifasında müxtəlif rəqs, musiqi nömrələri təqdim olunub, şeirlər səsləndirilib. Həmçinin universitetin “Gənclik” mahnı və rəqs ansamblı çıxış edib.

Qeyd edək ki, festival qaliblərinin yekun konserti mayın 6-da keçiriləcək.


Paylaş