Aprel ayının 18-dən ADNSU Azİİ e Kitab Evində Şuşa şəhərinin 2023-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar “Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı” adlı sərgi təşkil olunub.
Sərgidə Şuşanın və Qarabağın tarixini və mədəniyyətini, Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səhəri ilə bağlı söylədikləri fikirləri, verdikləri müsahibələri əks etdirən kitablar, 44 günlük Vətən müharibəsində Ordumuzun şücaəti nəticəsində Şuşa şəhərinin azad olunmasını əks etdirən kitablar sərgilənib. Sərgidə həmçinin, Şuşadan olan elm, mədəniyyət və incəsənət xadimlərinin kitabları, Şuşanın elm və mədəniyyət mərkəzi olmasını əks etdirən şəkillər də yer alıb.
Qeyd edək ki, sərgidə Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan 60-dən çox vəsait nümayiş olunub və sərgi ayın sonunadək fəaliyyət göstərəcək.