×

Xəbərlər

Xəbərlər 20 Apr 2023
ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş intellektual müsabiqə keçirilib

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “İntellektual Mühəndislər” adlı intellektual müsabiqə keçirilib.

Kimya-texnologiya fakültəsinin (KTF) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Fariz Əmirov ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtramla yad edərək ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən gəncləri təbrik edib və onlara uğurlar diləyib.

Sonra KTF-in tələbələrindən ibarət 4 komanda bilik mübarizəsi aparıb. Rəsmi hissədən sonra start verilən yarışda “Revolution” komandası birinci yerin qalibi olub.

Sonda qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.


Paylaş