×

Xəbərlər

Xəbərlər 19 Apr 2023
ADNSU tələbələri mühazirə dərsini istehsalat müəssisəsində keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" kafedrasının “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinin mühazirə dərsləri “Veyseloğlu”MMC-Ulduz Şokolad Fabrikində keçirilib.

Müxtəlif çeşidli şokolad istehsal edən müəssisədə tələbə və müəllim heyəti (prof. Fariz Əmirov, prof. Vüqar Mikayılov, dos. Zaur Ağamalıyev, Təranə Ağayeva və digər əməkdaşlar) fabrikin istehsal sahəsi və qurğularla tanış olublar. Tələbələr istehsal prosesini yaxından izləyiblər. Sonda tələbələrin təcrübə ilə bağlı fikirləri önəmli tutularaq qiymətləndirilmə aparılıb.


Paylaş