Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Böyük qayıdışa doğru” adlı tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsində, həmçinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnformasiya Texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev qonaqları salamlayaraq tədbirin gənclər üçün əhəmiyyətindən danışıb və işğaldan azad olunmuş şəhərlərin, əsasən də Qarabağın incisi Şuşa şəhərinin tarixi haqqında gənclərə məlumat verib.
Sonra ADNSU-nun tələbələri Nübar Məmmədli və Hacıağa Əzizov “Şuşa şəhərinin inkişaf mərhələri” və “Böyük qayıdış” mövzusunda təqdimatla çıxış ediblər.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva universitet rəhbərliyinə təşəkkür edib. O, Ermənistan tərəfindən işğal edimiş Azərbaycan ərazilərinin təhrif olunmuş xəritələrinin yaradılmasının və ondan istifadə hallarının qarşısının alınması ilə bağlı görülən tədbirlərdən danışıb. Əminə Musayeva əlavə edib ki, bu məsələdə gənclərimiz daha aktiv olmalı və Azərbaycanın hər qarış torpağını tanımalı, özlərində sonrakı nəsilə qürurla ötürməldirlər.