×

Xəbərlər

Xəbərlər 01 May 2023
ADNSU komandası TEKNOFEST 2023 finalında iştirak edib

27 aprel - 1 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Türkiyədə təşkil olunmuş “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında iştirak ediblər.

Kimya Texnologiya fakültəsinin 342.20E saylı qrup tələbələri Aysel Bəşirova və Rəhimə Kərimova Ətraf mühit və Enerji texnologiyaları kateqoriyası üzrə "Neft tullantılarından hidrogen enerjisinin əldə olunması" layihəsi ilə təmsil olunublar.


Paylaş