ADNSU-nun əməkdaşları İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetinin “Marketinq və Sahibkarlıq” kafedrasının professor-müəllim heyətinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq konfransda iştirak ediblər. Konfransa 17 ölkədən məruzələr təqdim olunub. ADNSU-nun əməkdaşı Türkan Şeydainin təşkilatçılığı ilə universitetin bir neçə professor-müəllim həyəti konfransa qatılıb. Belə ki, ADNSU-nun “İqtisadiyyat və Menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov, “Menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov və dosent Həcər İsmayılova konfransda çıxış ediblər.
“Dayanıqlı iqtisadi inkişaf” mövzusunda keçirilən konfransın əsas mahiyyəti ölkələrin strategiyalarının icrasında problemlərin həlli üçün xüsusi əhəmiyyət kəsb etməsidir. Onlayn formatda keçirilən konfransa mövzu ilə bağlı çoxlu tezisilər təqdim olunub və geniş məruzələr dinlənilib.