×

Xəbərlər

Xəbərlər 02 May 2023
ADNSU-da SABAH qruplarına qəbulla bağlı infosessiya keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ili üzrə SABAH qruplarının bakalavriatura və magistratura səviyyəsində tələbə qəbulu üçün infosessiya keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, ADNSU-nun SABAH qruplarının rəhbəri Arzu İbrahimova, digər ATM-lərin SABAH mərkəzlərinin rəhbərləri və tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə SABAH qruplarının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Q.Məmmədov və ADNSU-nun SABAH qruplarının rəhbəri A.İbrahimova tədbir iştirakçılarını salamlayaraq, tələbələrə uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən SABAH qruplarının İcra Komitəsinin rəhbəri E.Qocayev tələbələrə SABAH qrupları haqqında ətraflı məlumat verib, seçim və qəbul proseduru, tədris imkanları, SABAH tələbələrinə şamil olunan imtiyazlar və üstünlüklərdən danışıb. SABAH qruplarında təhsil alan tələbələrin əmək bazarındakı fəaliyyətindən və yerindən söz açan E.Qocayev SABAH qruplarında təhsil alan tələbələr üçün ixtisasla yanaşı, xarici dil biliklərinin də önəmli olduğunu vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.


Paylaş