Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransının bağlanış mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın gənc doktorantların gələcək elmi fəaliyyətlərində mühüm rolundan danışıb, bu istiqamətdə yüksək nəticələr əldə olunmasının əhəmiyyətini vurğulayıb.
Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli konfransa təqdim olunan məqalələr və tezislərlə bağlı iştirakçılara məlumat verib. Qeyd edilib ki, konfransa 127 məqalə və ya tezis qəbul olunub, onlardan 116-sı plagiatdan keçərək təqdim olunub. Konfransda ümumi 116 doktorant və magistr iştirak edib.
Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib.
Qeyd edək ki, tezislər Azərbaycan, rus və ingilis dillərində olub.