×

Xəbərlər

Xəbərlər 06 May 2023
ADNSU-da keçirilən “Açıq mikrofon”da tələbələrin sualları cavablandırılıb

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib. ADNSU-da təhsilin vəziyyəti və tədris prosesi haqqında danışan rektor, professor Mustafa Babanlı 2022-2023-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesi haqqında iştirakçılara məlumat verib. Təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, semestr zamanı tələbələrin biliyinin qiymətləndirilməsi, buraxılış işlərinin hazırlanması prosesindən danışan rektor, professor Mustafa Babanlı həm də elmi nailiyyətlərin vacibliyini qeyd edib, həmçinin müasir çağırışlara, mövcud tələblərə uyğun kadr yetişdirmək üçün universitetdə hər bir şəraitin olduğunu vurğulayıb.

“Açıq mikrofon”da İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov 2022-2023-cü tədris ilinin yaz semestri ərzində təşkil olunan bütün növ təcrübələrin vəziyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Müzakirə olunan məslələrələ bağlı tapşırıq və tövsiyyələr səsləndikdən sonra “Açıq mikrofon”da ənənəvi olaraq tələbələri maraqlandıran suallar cavablandırılıb. Rektor, professor M.Babanlı mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.


Paylaş