×

Xəbərlər

Xəbərlər 08 May 2023
ADNSU-da "Erasmus+ Capacity Building" layihəsi ilə bağlı təlim keçirilib

Mayın 8-də ADNSU-da Erasmus Milli Ofisinin rəhbəri Pərviz Bağırovrun və universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən təşkil olunmuş "Erasmus+ Capacity Building" layihələrinin yazılması mövzusunda təlim keçirilib.
Təlimdə ADNSU-nun müxtəlif bölmə və kafedralarından əməkdaşları iştirak edərək Erasmus layihələrinin yazılması və bu layihələrə müraciət qaydaları haqqında ətraflı məlumat əldə ediblər.

Görüş zamanı bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyi vurğulanıb və bu istiqamətdə növbəti addımların atılması üçün birgə yol xəritəsi hazırlanıb.


Paylaş