×

Xəbərlər

Xəbərlər 06 May 2023
ADNSU-da məzunlarla görüş keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İqtisadiyyat və Menecment” fakültəsinin və SABAH qruplarının məzunları ilə görüş keçirilib.

ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov və “İqtisadiyyat və Menecment” fakültəsinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetlə məzunların iş birliyindən, qarşılıqlı əməkdaşlıqdan bəhs olunub.

Məzunlarla görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək onları salamlayıb, hazırki təhsil prosesindən və əmək bazarında məzunlarımıza olan tələbatdan danışıb. Rektor ADNSU məzunlarının universitet üçün hər zaman doğma olduğunu və birlikdə daha çox uğura imza atmağın mümkünlüyünü qeyd edib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Müşavir Sakit Səmədov, “İqtisadiyyat və Menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov, SABAH qruplarının rəhbəri Arzu İbrahimova məzunlara təşəkkür edərək yeni yaradılan ortaq platforma üzərindən universitetin hər zaman məzunlarla ünsiyyətdə olacağını, onların daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Görüşdə universitetlə məzunlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədi ilə yeni layihələrin müzakirəsi olub, birlikdə uğur hədəfləri müəyyən olunub.


Paylaş