10 may – dahi şəxsiyyət, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Hər il bugünkü tarixdə Ulu öndərin doğum günü xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur.
Bu münasibətlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərliyi ilə universitetin müəllim və tələbələri Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər.