×

Xəbərlər

Xəbərlər 08 May 2023
ADNSU-da “SMSimiz var” adlı seminar keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) təşkilatçılığı ilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) tərəfindən tələbələr üçün seminar keçirilib.

“SMSimiz var” (S-söz, M-mən, S-satış) adlı seminarda KOBSKA Sahibkarlıq Akademiyasının rəhbəri, beynəlxalq satış təmsilçisi Kamal Mahmudov, ÜTÜ qrup MMC-nin rəhbəri, natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirov, 3Dklubu- Biznes və Düşüncə Cəmiyyətinin təsisçisi, fəaliyyət mentoru Cəfər İbadov cəmiyyətdə marketinq strategiyasının əsasları, fikrin investisiyaya çevrilməsi və s. mövzularda təqdimatla çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş