×

Xəbərlər

Xəbərlər 08 May 2023
ADNSU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetdaxili “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Heydər Əliyevin 100 illiyi"-i tədbirlər planına uyğun olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ADNSU-nun THİK sədri Namiq Gəncəyev ilk öncə sinxron liqada yer tutan tələbələri təbrik edib, daha sonra universitetdə bu istiqamətdə görülən işlərdən və perspektiv layihələrdən danışıb. 

Mükafatlandırma mərasimində, həmçinin universitetin intellektual oyunlarla bağlı qarşıda duran planları müzakirə edilib, tələbələrin fikirləri və təklifləri dinlənilib.

Sonda qalib tələbələr təşəkkürnamə, medal, kubokla təltif olunublar. I yerə layiq görülən tələbələrə həmçinin kitablar hədiyyə olunub.


Paylaş