×

Xəbərlər

Xəbərlər 10 May 2023
ADNSU-nun futzal çempionatının qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində ADNSU THİK sədri Namiq Gəncəyev, ADNSU idman klubunun sədri Sahəddin Əhmədov və komanda üzvləri iştirak ediblər. Namiq Gəncəyev ilk öncə qalib komandaları təbrik edib, daha sonra universitetimizin futzal komandasının uğurlarından bəhs edib və qarşıda onları daha böyük nailiyyət gözlədiyini vurğulayıb. ADNSU idman klubunun sədri Sahəddin Əhmədov da çıxışında komandaları qazandıqları qələbə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qalib komandalar və təşkilatçılar müvafiq olaraq diplom, sertifikat, təşəkkürnamə, medal və kubokla təltif ediliblər.

Qeyd edək ki, cari il 25 aprel tarixindən 82 komanda ilə start götürən çempionat 4 mərhələli şəkildə davam edib.


Paylaş