Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF)“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasında payız-yaz semestr boyu tədris olunan bir çox fənlərin mühazirələri birbaşa istehsal müəssisələrində keçirilib. Semestr boyu kafedra əməkdaşları və tələbələr bir çox elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə əlaqədar müxtəlif müəssisələrdə olublar.
“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr əsasən “Tekoplast”, SOCAR Azneft İB, SOCAR Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsi, “Nur kauçuk”, “Socar Polymer”, “Rezin məmulatları” zavodu, “Polymart”, “FAB boya və kimya Sənayesi”, “Fin Plast İnternational”, “Yüksək Texnologiyalar Parkı”, MET-AK MMC-də olub, istehsal prosesi ilə yaxından tanış olublar.
Bundan əlavə “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr bir çox fənlərin mühazirə dərslərini “Absheron Şərab” ASC, “Milk Pro”, “Delta Group”, “Çörəkçi zavodu”, “Ulduz” şokolad fabriki, “Sevimli” dad, “Coca-Cola” və digər müəssisələrdə keçib, nəzəri biliklərini praktiki müşahidə ediblər.