×

Xəbərlər

Xəbərlər 12 May 2023
ADNSU-da “IV Sənaye inqilabı və informasiya texnologiyaları” adlı Beynəlxalq konfrans başa çatıb

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Sənaye inqilabı və İnformasiya Texnologiyalarına həsr olunmuş I Beynəlxalq Konfrans işini başa vurub. 

Plenar iclaslardan sonra başa çatan konfransın bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra bölmələr üzrə video-çarx nümayiş olunub. 

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın mövzusunun dinamik inkişaf edən sahələr olduğunu qeyd edib və bundan sonra da konfransın davamlı keçiriləcəyini deyib, təqdim olunan mövzuların artırılmasının və genişləndirilməsinin önəmindən danışıb. 

İnformasiya texnologiyaları və idareətmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev konfransın əhəmiyyətindən danışıb və konfransı çox uğurlu bir ilk kimi dəyərləndirib.

Sonra konfrans iştirakçıları Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri Məhbubə Vəliyeva müasir İKT-nin inkişafından danışıb və konfrans işitrakçılarını uğurlu iş ərsəyə gətirdikləri üçün təbrik edib. 

ADNSU-nun “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova konfransın işindən danışıb, statistikası haqqında tədbir iştirakçılarına ətraflı məlaumat verib. Qeyd edilib ki, 105 nəfər iştirakçıdan 7 nəfərin məqaləsi plagiatdan keçməyib. 7 bölmə üzrə keçirilən konfransda 5 ölkədən nümayəndələr iştirak ediblər. 


Paylaş