3-11 may 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları - ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Əcnəbi tələbələrlə iş üzrə dekan Yaşar Həsənov Daşkənd Yol Nəqliyyat Univeristeti və Səmərqənd Dövlət Universitetində olublar. Səfər çərçivəsində Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Akatov Akmal, Beynəlxalq əlaqələr üzrə ofisinin baş məsləhətçisi Muxtar Nasirov, Muhammad Al-Xorazmi adına Daşkənd İnformasiya Texnologiyaları Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşlər zamanı univerisitetlər arası prioritet istiqamətlərin inkişafı, elmi potensialın artırılması, beynəlmiləşmə siyasətinin gücləndirilməsi müzakirə olunub.
Görüşlər zamanı dosent Ülviyyə Abbasova tərəfindən ADNSU haqqında ətraflı məlumat verərək təhsil və tədris prosesində olan yeni yanaşmalardan bəhs edib. O, ADNSU-nun beynəlxalq əlaqələrinin geniş olduğunu və özbəkistanlı tələbələrin də orada təhsil almasının əlçatan olduğunu deyib. Həmçinin, özbək tələbələri ADNSU-da təhsilə cəlb etmək məqsədilə ADNSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Yaşar Həsənov bir neçə təhsil mərkəzlərində olub, burada 800-ə yaxın Özbək tələbə və onların valideynləri ilə görüşüb. O, Azərbaycanda, o cümlədən ADNSU-da əcnəbi tələbələrin həyatından, ADNSU-da mövcud olan təhsildən və tələbələr üçün yaradılan təhsil sistemindən danışıb. Sonda tələbələr və onların valideynlərinin əcnəbi tələbələrin Bakıda qəbul qaydaları, təhsil haqqı və yaşayış şəraiti ilə bağlı sualları ətraflı cavablandırılıb. Nəticə olaraq ADNSU, Daşkənd Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq əlaqələri müzakirə olunub və müqavilə imzalanıb.
Onu da qeyd edək ki, ADNSU-nun nümayəndələri səfər çərçivəsində Daşkənd Yol Nəqliyyat Universitetinin Elm və innovasiya üzrə prorektoru Araz Merganov, Beynəlxalq reytinq şöbəsinin müdiri Ulugbek İsrailov, həmçinin Daşkənd Kimya Texnologiya Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Zebo Bodokhanova və Mirzo Ulugbek adına Özbəkistan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Raima Şirinov Özbəkistan Dövlət Universitetinin 105 illiyinə həsr olunmuş konfransda da iştirak ediblər.