×

Xəbərlər

Xəbərlər 17 May 2023
Finlandiyalı professor ADNSU-da seminar keçib

16-17 may tarixlərində Finlandiyanın Lappeenranta-Lahti Texnologiya Universitetinin professoru Leonid Çeçurin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrə “İqtisadiyyatda riyazi modellər” mövzusunda seminar keçib.

L.Çeçurin iqtisadiyyat dinamikasının modelləşdirilməsinin əsasları, çoxsahəli iqtisadiyyat, 3 sektorlu iqtisadiyyat modeli, optimallaşdırma mövzularını əhatə edən geniş təqdimatla çıxış edib. Bununla yanaşı, universitetdə tələbələr üçün ixtira və innovasiya üçün konseptual dizayn və evristik dəstək metodları, Samsung, LG, GE və digər sənaye müəssisələrinin təcrübəsinin nümayiş etdirdiyi -“Kreativlik, İxtira, İnnovasiya” mövzusunda workshop keçirilib.

Sonda interaktiv müzakirələr keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş