Mayın 17-18-də İspaniyanın Alkala Universitetinin professoru Maria Gloria Quintanilla Lopez Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasında mühazirə keçib.
Seminarda Kimya-texnologiya fakültəsində inglis dilində təhsil alan tələbələrlə yanaşı, kafedranın əməkdaşları da iştirak ediblər. Erasmus+ proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Gloria Quintanilla tələbələrə Alkala Universitetinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, öz zəngin təcrübəsini onlarla bölüşüb. Sonra G.Quintanilla innovativ tədris və strateji inkişaf haqqında mühazirə ilə çıxış edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb və bir sıra maraqlı məqamlar müzakirə olunub.