Tədbirdə ümumilikdə inşaat və yaxın sahədə fəaliyyət göstərən 250 şirkət nümayəndəsi, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları - rektorun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov və elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov iştirak ediblər.
Tədbirdə çıxış edən “Borusan Cat” İdarə Heyətinin sədri Özgür Günaydın qardaş ölkə Azərbaycanda “Borusan Cat”in yatırımlarından danışıb və ölkəmizin iqtisadiyyatının gələcəkdə də yüksək potensiala sahib olduğunu qeyd edib. Tədbirdə həmçinin, “Borusan Cat Azərbaycan” “Boom 360” tətbiqini təqdim edib, həmin tətbiq vasitəsilə auksion elan edib. Auksiondan (hərracdan) yığılacaq qazanc ADNSU-nun nəznində laborotoriyanın qurulması üçün ianə ediləcək.
Qeyd edək ki, ADNSU ilə "Borusan Cat Azərbaycan" şirkəti əməkdaşlıq edir. ADNSU tələbələrinin şirkətdə təcrübə keçməsi, onların gələcəkdə işlə təmin olunması məsələləri universitet və şirkətin ortaq layihələri arasında mühüm yer tutur.