×

Xəbərlər

Xəbərlər 18 May 2023
ADNSU-da İT kursları ilə bağlı görüş keçirilib

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Maestro school” İT kursunun əməkdaşları tələbələrlə görüş keçirib. 

Görüşdə İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev tədbir iştirakçılarını salamlayaraq tələbələrin İT biliklərinin inkişaf edtirilməsinin universitetin diqqət mərkəzində olduğunu deyib və bu istiqamətdə universitetlə İT şirkətləri arasında sıx əlaqələrin olduğunu diqqətə çatdırıb. 

“Maestro school”un təsisçisi Mədinə Paşayeva mövcud İT kursları və təcrübə proqramları haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd edilib ki, gənclərin İT biliklərinin artırılması, təkmilləşdirilməsi ilə bağlı tələbələr üçün təqaüd proqramının işlənilməsi nəzərədə tutulub. 50-ə yaxın ADNSU tələbəsinin isə ödənişsiz İT kurslarına cəlb olunması planlaşdırılır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş