×

Xəbərlər

Xəbərlər 19 May 2023
ADNSU-da ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Elmi-praktik seminar keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümumdünya Metrologiya günü” ilə bağlı Beynəlxalq elmi-praktiki seminar keçirilib.

“Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə “Qlobal qida sistemini dəstəkləyən ölçmələr” mövzusunda keçirilən seminarı giriş sözü ilə açan kafedranın müdiri, dosent Lalə Bəkirova 4-cü dəfə keçirilən seminarın ölkəmizdə metrologiya sahəsində fəaliyyət göstərən qurumların bir araya gəlməsində və istehsalat sahələrinin fəaliyyətlərinin birgə təşkilində önəm kəsb etdiyini deyib. 

Azərbaycan Metrologiya İnstitutunun şöbə müdiri Elçin Abbasov metrologiya sahəsində mövcud vəziyyətdən danışıb, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsinin dövlətin diqqətində olan ən vacib məsələlərdən olduğunu deyib. Qeyd edilib ki, metrologiya institutları tələb olunan hər bir səviyyədə yeni ölçmə metodologiyalarını genişləndirməklə Ölçmələr elminin davamlı inkişafına çalışır. 

Seminarda TÜBİTAK Milli Metroloji İnstitutunun direktoru Mustafa Çetintaş, Qazaxstan Strateji İnkişaf və Elm departamentinin baş mütəxəssisi Dinara Mukaşeva və digər iştirakçılar çıxış edərək metrologiyanın elm və texnikada rolu, sənaye sahələrində əhəmiyyəti, mövcud problemlər və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparıblar. 


Paylaş