×

Xəbərlər

Xəbərlər 22 May 2023
Türkiyəli tanınmış alim Celal Şengör ADNSU-da olub

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) türkiyəli dünyaca məşhur alim, professor Celal Şengör ilə tələbə və müəllimlərin görüşünə həsr olunmuş konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova tanınmış alim Celal Şengörü universitetdə salamlayaraq dəyərli qonağın tələbələrə görüşünün gənclərə böyük stimul verdiyini deyib və görkəmli geoloqun bu sahədəki əvəzsiz fəaliyyətindən danışıb. 

Universitetdə olmaqdan məmnunluğunu bildirən C.Şengör göstərilən diqqət və sevgiyə görə Azərbaycan gənclərinə və universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib. Gənclərlə geologiya sahəsi ilə yanaşı, elmin digər istiqamətlərində də öz təcrübəsini bölüşən C.Şengör Azərbaycanda geologiya elminin inkişafını və bu sahədə fəaliyyət göstərən ixtisaslı mütəxəssislərin uğurlarını yüksək qiymətləndirib.

AMEA, Geologiya və Geofizika İnstitutunun  Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev tanınmış alim C.Şengörün Azərbaycanda çox sevildiyini və bir alim kimi gənclərin böyük rəğbətini qazandığını deyib. Q.Babayev alimin əsərlərinin və geologiya geofizika sahəsində çalışan gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirin sonunda tanınmış alim C.Şengör iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda C.Şengör ADNSU-nun Minerologiya muzeyində olub. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ziyarətçilərə ətraflı məlumat verib.


Paylaş