×

Xəbərlər

Xəbərlər 24 May 2023
ADNSU-nun nümayəndələri Qazaxıstanda rəsmi-işgüzar görüşlər keçiriblər

ADNSU-nun tədris işləri üzrə prorektoru, dossent Qasım Məmmədov, Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Rasim Abdullayev və İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin nəzdində Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva 22-23 may 2023-cü il tarixlərində Qazaxıstanın Satbayev Univeristetində işgüzar səfərdə olublar. Səfərin məqsədi universitetlər arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin tədris və elmi tədqiqat sahələrində sıx əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub. Səfər çərçivəsində universitetin prorektorları, dekanları, kafedra müdirləri, müxtəlif şöbələrin rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib. Görüşlər zamanı tərəfdaş universitetə ADNSU barədə ətraflı məlumat verilib, son illər ADNSU-da həyata keçirilən yeniliklər təqdimat şəklində nümayiş etdirilib. Görüşlərdə Satbayev Universitetinin rəsmiləri də tədrisin təşkili, universitetdə aparılan elmi-tədqiqat işləri haqqında qonaqlara məlumat veriblər. Bildirilib ki, universitetdə istehsalat müəssisələri ilə əlaqələr genişləndirilib, həmçinin QS reytinqində ötən illə müqayisədə 500-lükdən 400-ə irəliləyiblər.

İşgüzar şəraitdə keçirilmiş görüşlər zamanı hər iki universitetin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıq etməsi üçün yol xəritəsi müəyyən olunduqdan, prespektiv layihələrin müzakirəsindən sonra tərəflər arasında Əməkdaşlıq Memorandum imzalanıb.


Paylaş