Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) startapı V4ATB yarışında 10 startapdan biri seçilib.
Bir il ərzində “The Startup Hub Poland Foundation” keçirdiyi Azərbaycan Startap ekosistemində mövcud olan startapların inkişafı və Avropa İttifaqı bazarına çıxarılması istiqamətində yarış keçirib. Yarış zamanı 160-dan çox startapların hər biri Avropa ölkələrinin münsifliyi vasitəsi ilə dinlənilib. Burada Slovakiya, Macarıstan, Polşa, Çexiyadan və s. ölkələrin ekspertləri onların içərisində 10 ən yaxşı startapı seçərək Bakıda keçirilən Final yarışmasında dinləyəcəklər. Bu 10 startapdan biri ADNSU-nun “HealWith” startapıdır.