×

Xəbərlər

Xəbərlər 25 May 2023
ADNSU tələbələri istehsalat təcrübəsini uğurla başa vurublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4 kurs tələbələri 3 ay davam edən istehsalat təcrübəsini uğurla başa vurublar. Ümumilikdə 2734 nəfər dördüncü kurs tələbəsi dövlət qurumları və özəl şirkətlərdə təcrübə keçiblər.

ADNSU tələbələri üçün ən uğurlu təcrübə keçən istehsaslat müəssisələrindən biri də SOCAR Downstream Management şirkətidir. Şirkətdə 7 ixtisas üzrə sonuncu kursda oxuyan 89 ADNSU tələbəsi təcrübə keçib. Tələbələr təcrübə müddətində şirkətin peşəkar mütəxəsissləri tərəfindən real iş şəraiti ilə yaxından tanış olublar, universitetdə tədris zamanı qazandıqları nəzəri biliklərin praktiki tətbiqini sınaqdan keçiriblər.

Şirkət nümayəndələri ilə yanaşı, tələbələr də təcrübə müddətində istehsalat prosesini yaxşı mənimsədiklərini və ixtisaslarına uyğun olaraq nəzəri biliklərinə əsaslı təcrübə bacarıqlarının da əlavə olunduğunu bildiriblər. 


Paylaş