Mayın ayının 25-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 28 May - Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Sərgidə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və Azərbaycanda dövlətçilik ənənələrinin bərqərər olunmasından bəhs edən nəşrlər, həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin və müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən 70- dən çox kitab və digər materiallar yer alıb.