×

Xəbərlər

Xəbərlər 27 May 2023
ADNSU-da Kimya texnologiya fakültəsinin məzunları ilə görüş keçirilib

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya fakültəsinin məzunları ilə görüş keçirilib.

ADNSU rektorunun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov və Kimya texnologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetlə məzunların iş birliyindən, qarşılıqlı əməkdaşlıqdan bəhs olunub.

Məzunlarla görüşdə müşavir Sakit Səmədov, fakültə dekanı, professor Sevinc Məmmədxanova, kafedranın professoru Ələkbər Həsənov çıxış edərək məzunlarla görüşün əhəmiyyətindən, universitet-məzun əməkdaşlığının daha da inkişafından danışıblar. Çıxışlarda universitetdə olan yeniliklər və dəyişikliklər haqqında da məzunlara məlumat verilib. Yeni yaradılan ortaq platforma üzərindən universitetin hər zaman məzunlarla ünsiyyətdə olacağı, onların daha da inkişafı üçün ortaq layihələrin icra olunacağı, məzunlarla əməkdaşlığın daha genişlənəcəyi iştirakçıların diqqətinə çatdırılıb.


Paylaş