×

Xəbərlər

Xəbərlər 30 May 2023
ADNSU ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmail Koyuncu və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə rektor, professor Mustafa Babanlı ADNSU-nun tarixi, buradakı tədris və təhsil prosesi, elmi faəliyyət haqqında qonaqlara məlumat verib, bu və ya digər istiqamətlər üzrə İTU ilə əməkdaşlığın önəmini qeyd edib.

İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncu Azərbaycanın əsas aparıcı ali təhsil müəssisəsilərindən olan ADNSU ilə əməkdaşlıq əlaqələrinin daha genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə iki universitet arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Birgə proqramların və elmi-tədqiqat fəaliyyətlərinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar rektor, professor Mustafa Babanlı ilə birlikdə universitetin laboratoriyalarında olublar, bir neçə auditoriyaya baş çəkiblər. 


Paylaş