×

Xəbərlər

Xəbərlər 31 May 2023
ADNSU-nun rektoru PETROVİETNAM nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vyetnam Neft və Qaz şirkəti (PETROVİETNAM) arasında əməkdaşlıq görüşü keçirilib. 

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. 

Qonaqları universitetdə salamladıqdan sonra rektor, professor Mustafa Babanlı universitetdə tədris olunan ixtisaslar, universitetin tarixi, beynəlxalq əlaqələri və digər məsələlər haqqında ətraflı məlumat verib. Vyetnamla sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən rektor Mustafa Babanlı əlaqələrin daha da inkişaf etdirilməsinin, xüsusən də Vyetnamlı tələbələrin ADNSU-da bakalavr və magistratura pilləsində tədrisə cəlb edilməsinin, birgə süni intellekt və yeni texnologiyalar əsasında elmi və tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Səmimi qarşılanma və yüksək qonaqpərvərliyə görə rektor, professor Mustafa Babanlıya dərin təşəkkürünü bildirən PETROVİTNAM-ın vitse prezidenti Dr. Le Xuan Huyen mövcud dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, əsasən də vyetnamlı tələbələrin ADNSU-da təhsilə cəlb edilməsi və yeni texnologiyalar əsasında aparıla biləcək mümkün əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. 

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Daha sonra qonaqlar ADNSU-nun Tarix və Mineralogiya muzeylərini ziyarət ediblər.


Paylaş