×

Xəbərlər

Xəbərlər 02 Jun 2023
ADNSU-da kitab təqdimatı keçirilib

İyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində Neft-Mexanika fakültəsinin (NMF) məsləhətçi professoru Ələsgər Əliyevə həsr olunmuş biblioqrafik göstəricinin təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova biblioqrafik göstərici haqqında iştirakçılara məlumat verib. Sonra Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış biblioqrafik göstərici haqqında qısa video çarx nümayiş olunub. 

Daha sonra Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, dekanlar - dosent Əli Hikmət Əhmədov, dosent Fərid Ağayev, dosent Aydın Əliyev, professor Elman İskəndərov, NMF-nın professoru İbrahim Həbibov, QNMF-nin məsləhətçi-professoru Qafar İsmayılov, kafedra müdirləri - dosent Cəmaləddin Aslanov, Tahir Cabbarov, Sakit Abbasov Azərbaycanın neftçi alimləri seriyası adı altında Ələsgər Əliyevə həsr olunmuş Biblioqrafik göstəricini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, biblioqrafik göstərici ADNSU-nun nəşriyyatında 2023-cü ildə Azərbaycan, rus, ingilis dillərində nəşr olunub. 151 səhifədən ibarətdir. Yüksək keyfiyyətə və nəfis tərtibata malikdir. Göstərici Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış növbəti göstəricidir. Burada Ə.Əliyevin həyatının elmi və elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri, ictimai fəaliyyəti haqqında oçerklər, əsərlərinin biblioqrafik siyahısı, həmkarlarının ürək sözləri geniş əks olunub.


Paylaş