Ali məktəb tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Elm festivalı" çərçivəsində Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadası keçirilib.
Olimpiadada digər ali məktəb tələbələrilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 tələbəsi də iştirak edərək qaliblər arasında yer alıb. Belə ki, ADNSU-nun I kurs tələbələri - Bağırzadə Murad III yer, Hacibala Əliyev və Babək Əzimi isə həvəsləndirici yer tutublar.