×

Xəbərlər

Xəbərlər 01 Jun 2023
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra məruzələr dinlənilib.

İclasda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərovun və “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-nin direktoru, professor Rauf Əliyarovun illik hesabatı dinlənilib. Daha sonra “Elm və təhsil analitik mərkəzi”nin hesabatı ilə bağlı Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında TEC-in sədri Elviz İsmayılov məruzə ilə çıxış ediblər. Rektor, professor Mustafa Babanlı məruzələrlə bağlı təklif və iradlarını bildirdikdən sonra universitetdə aparılan islahatlardan, təhsilin və tədrisin yüksəldilməsi isitiqamətində atılacacaq addımlar və konkret hədəflərdən danışıb. Bildirilib ki, qoyulan hədəfə doğru irəliləmək üçün tədrisin səviyyəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, elmi tədqiqatların da istənilən pilləyə yüksəldilməsi üçün hər kəs məsuliyyət hiss etməli, qazanılan uğurun bir parçasına çevrilməlidir.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, həmçinin bakalavr səviyyəsində təhsil alan III və IV kurs tələbələri tərəfindən peşə hazırlığı üzrə seçmə fənlərin seçilməsi barədə; Elmi katib, dosent Nərminə Əliyeva kvalifikasiya işləri barədə; Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova doktorantların yol xəritəsinin təsdiqi barədə; İnzibati təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov “Mühəndis Texnologiya Mərkəzi”nin fəaliyyət planı barədə geniş hesabat məruzəsi ilə çıxış edərək Elmi Şura üzvlərinə məlumat veriblər. 

İclasda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub. Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.


Paylaş