İyun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) illik tədbirlər planına uyğun olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin məşqi keçirilib.
Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb və fövqəladə hallar zamanı düzgün qərarlar verməyin vacibliyini qeyd edib.
2 mərhələdə keçirilən məşqin I mərhələsi “Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barədə aidiyyatı üzrə rəhbər heyətin, işçilərin və tələbələrin xəbərdar edilməsi”, II mərhələsi isə “ Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə işlərin təşkili və hərtərəfli təmin olunması” mövzusuna həsr olunub.
Məşqin keçirilməsində əsas məqsəd ADNSU-da MM rəhbərliyinə, hərbiləşdirilməmiş MM dəstələrinin komandirlərinə, rəislərə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasının, həmçinin universitetdə fövqəladə hallar üzrə komissiyanın və MM qərargahının birgə fəaliyyətinin qiymətləndirilməsi olub.