×

Xəbərlər

Xəbərlər 07 Jun 2023
ADNSU-da yaz semestrinin imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. İmtahan sessiyasında bakalavriat səviyyəsində 9805 tələbə-imtahan, magistratura səviyyəsində isə 1086 tələbə-imtahan keçirilib. Onlardan 6,4% qeyri-kafi, 31,7% qənaətbəxş,  17,1% kafi, 16,3% yaxşı, 12,3%  çox yaxşı, 14,6% əla qiymətlər alıb. 109 nəfər tələbə imtahanlarda iştirak etməyib, 57 nəfər isə imtahanlardan çıxarılıb. Ümumilikdə 97% tələbə imthanlarda iştirak edib və 3% tələbə imtahanlara buraxılmayıb. 

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunur.

Qeyd edək ki, magistratura səviyyəsində bu ilki imtahanlar yazılı, bakalavr səviyyəsində isə 2 formada (yazılı, yazılı-şifahi) keçirilir. Gələcəkdə ingilis dili ixtisaslarında da bütün imtahanların yazılı olması nəzərdə tutulur. 

İmtahanlardan sonra cavablar kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr elektron universitetdə (Unibook) yerləşdirilir. Tələbələr imtahandan sonra 72 saat ərzində appelyasiyaya müraciət edə bilərlər. ADNSU-da yaz semestrinin imtahan sessiyası qiyabi şöbədə mayın 22-dən, əyani şöbədə isə iyunun 1-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) imtahandan 2 gün sonra (tələbənin istəyi ilə) 25% ödənişlə təkrar imtahan verə bilər. Əks halda isə 5-14 sentyabr tarixlərində 25% ödənişlə təkrar imtahanda iştirak edə bilərlər. 


Paylaş