×

Xəbərlər

Xəbərlər 08 Jun 2023
Azİİ e-Kitab Evində “İnsan hüquqları aylığı” çərçivəsində kitab sərgisi təşkil olunub

İyunun 8-də Azİİ e -Kitab Evində “İnsan Hüquqları aylığı” çərçivəsində kitab sərgisi təşkil olunub. Sərgi Ombudsman tərəfindən ənənəvi olaraq hər il elan olunan 2023-ci il 18 may-18 iyun tarixləri üçün nəzərdə tutulmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilir. Sərgidə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin hüquqlarını, hüquq mədəniyyətini inkişaf etdirən və eləcə də ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini əhatə edən kitablar, broşurlar və bukletlər geniş yer alıb. Ümumilikdə sərgidə 50-dən çox kitab oxuculara təqdim edilib.


Paylaş