×

Xəbərlər

Xəbərlər 08 Jun 2023
ADNSU-nun professoru Strasburq Universitetində görüşlər keçirib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru Minira Ağahüseynova Fransanın Strasburq Universitetində ezamiyyətdə olub. Səfərin məqsədi Strasburq Universitetinin Kimya fakültəsinin alimləri ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin, o cümlədən, perspektiv layihələrin müzakirəsi olub. Aparılmış danışıqlar zamanı ADNSU, UFAZ və Starsburq Universiteti arasında birgə tədqiqat sahələri müzakirə olunaraq birlikdə görüləcək işlər müəyyən olunub.

Ezamiyyət müddətində professor Minira Ağahüseynova Strasburq Universitetinin professor-müəllim heyəti və Fransada UFAZ xətti ilə bakalavr və magistr pilləsində kimya-mühəndislik istisası üzrə təhsil alan azərbaycanlı tələbələrlə bir sıra görüşlər keçirib. 


Paylaş