İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və ABŞ-ın “Georgia State University”nin birgə təsis etdikləri Biznesin İdarəedilməsi üzrə magistratura proqramı çərçivəsində “Elektron idarəetmə” (E-Governance) ixtisasında təhsil alan tələbələr Şamaxı şəhərinə səfər ediblər.
Səfər çərçivəsində tələbələr Şamaxı “ASAN xidmət” Mərkəzinə baş çəkərək mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar, eyni zamanda tələbələr mərkəzdə fəaliyyət göstərən könüllülərlə görüşüblər. Görüşdə müxtəlif idarəetmə metodları üzrə təcrübə mübadiləsi həyata keçirilib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Səfər çərçivəsində tələbələr Şamaxı Astrofizika Rəsədxanasına da baş çəkiblər. Burada rəsədxana mütəxəssisləri tələbələrə fəza cismlərinin izlənilməsi və bu prosesdə istifadə olunan yüksək dəqiqlikli avadanlıqlar haqqında məlumat verərək zəruri hesablama sistemləri ilə yaxından tanış olublar.