×

Xəbərlər

Xəbərlər 15 Jun 2023
Azİİ e-Kitab Evində Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun - Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından bəhs edən kitablar nümayiş olunub. Sərgidə həmçinin, ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 50-dən çox kitab və digər nəşrlər yer alıb.


Paylaş