×

Xəbərlər

Xəbərlər 16 Jun 2023
ADNSU-nun əməkdaşları “Samson Group” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun Neft-mexanika fakültəsinin, o cümlədən “Sənaye maşınları” kafedrasınınəməkdaşları Almaniyanın “Samson Group” Beynəlxalq şirkətinin Azərbaycan filialının nümayəndələri ilə görüşüblər.

Görüşdə Neft-mexanika fakultəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, Sənaye maşınları kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov və kafedranın əməkdaşları, “Samson Group” şirkətinin Modul sistemlərin və həllərin satışı şöbəsinin müdiri Kamen Marinov, şirkətin Layihələr şöbəsinin müdiri Yurgen Dilis, Samson Group-un Azərbaycandakı nümayəndəsi İlqar Əliyev iştirak ediblər. Təhsil sahəsində müəssisə ilə universitet arasında əlaqələrin müzakirə olunduğu görüşdə perspektiv layihələrin icrası, ADNSU tələbələrinin təcrübəkeçmə və iş imkanlarının genişlənməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün ilkin nəticəsi olaraq Neft-mexanika fakültəsinin magistratura pilləsini bitirən tələbələr - Kamran Fətəlizadə və Türkan Musazadə seçim mərhələsindən uğurla keçərək “Samson group” şirkətinin Azərbaycan filialında daimi işlə təmin olunublar.

Qeyd edək ki, Sənaye maşınları kafedrasının təşkilatçılığı ilə ADNSU-nun birinci kurs tələbələri “Samson group” şirkətinin Azərbaycan filialında olublar. Tələbələr və universitein əməkdaşları şirkətdə proqnozlaşdırma sistemi ilə bağlı təqdimat ediblər. Həmçinin, şirkətin SAMGUARD analitik və Monitorinq Xidmətinin rəhbəri Maya Rubin ilə görüşüblər. Maya Rubin tələbələrə praktiki işlə bağlı ətraflı məlumat verib, onların suallarını cavablandırıb.


Paylaş