Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva Erasmus+proqramı çərçivəsində Türkiyənin İstanbul Kültür Universitetinin təşkil etdiyi təlimlərdə iştirak edib.
L.Nağıyeva İKÜ-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları qarşısında ADNSU-nun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, həmçinin o təlim çərçivəsində İstanbul Kültür Universitetinin müxtəlif departament və şöbələrin işi ilə tanış olub.
Səfərin nəticəsi olaraq Erasmus layihələri çərçivəsində ADNSU və İKÜ arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.