×

Xəbərlər

Xəbərlər 12 Jun 2023
ADNSU-da Energetika fakültəsinin məzunları ilə görüş keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin məzunları ilə görüşü keçirilib.

Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Energetika fakültəsinindekanı, dosent Aydın Əliyev, rektorun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, İƏMD-nin nəzdində Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva, Energetika fakültəsinin şəhid məzunu Əlihüseyin Məmmədovun anası Arzu Məmmədova, 30-a yaxın məzun və digər qonaqlar iştirak ediblər.

Məzunlarla görüşdə prorektor, dosent Ata Babayev,  Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, müşavir Sakit Səmədov çıxış edərək görüşün əhəmiyyətindən danışıblar və məzunlarla əməkdaşlığın hər zaman önəmli olduğunu, o cümlədən gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda əmək bazarında məzunlarımıza olan tələbatdan, universitetlə məzunların iş birliyindən, qarşılıqlı əməkdaşlıqdan bəhs olunub. 

Digər çıxışçılar da istehsalat sahələrində ADNSU məzunlarına olan tələbatdan danışaraq universitetdə müasir standartlara uyğun qurulan təhsil və tədris prosesi haqqında fikirlərini bölüşüblər. 

Müxtəlif illərdən olan məzunlar doğma universitetin uğurları ilə yaxından tanış olduqdan sonra öz təkliflərini səsləndiriblər. Əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə yeni layihələrin müzakirəsində, həmçinin yeni hədəflərə birlikdə çatmaqda maraqlı olduqlarını bildiriblər.


Paylaş