×

Xəbərlər

Xəbərlər 19 Jun 2023
ADNSU-da İTİF-in bir neçə məzunu ilə görüş keçirilib

İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idareətmə fakültəsinin (İTİF) məzunlarının idarə heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə fakültənin dekanı, dosent Fərid Ağayev, kafedra müdiri, professor Araz Əliyev, Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşavir Sakit Səmədov məzunlarla universitet arasında əlaqələrin daha da inkişaf etməsinin önəmindən danışıblar. Bildirilib ki, ADNSU məzunları hər bir yerdə ixtisaslı mütəxəssis kimi universitetin adını uca tutublar, bu gün də istehsalatda və əmək bazarında məzunlarımıza olan tələbat yüksəkdir. Görüşdə həmçinin, universitetlə məzunların əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədi ilə yeni layihələrin müzakirəsi olub, perspektivlərdən bəhs olunub və məzunlarla geniş tərkibdə görüşün keçirilməsi planlaşdırılıb.


Paylaş