İyunun 20-də Türkiyədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonguldak Bülent Ecevit Universiteti (ZBEU) və Tükiyə Petrolları Anonim Ortaklığı (TPAO) şirkətinin təşkilatçılığı ilə keçirilən Enerji seminarı çərçivəsində “Enerji Məsələləri, Karbohidrogen və Bərpa Olunan Enerji Mənbələri” adlı konfrans keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Zonguldak Bülent Ecevit Universitetində keçirilən konfransda ətraflı məruzələr dinlənilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda təşəkkürnamə və müxtəlif hədiyyələrin təqdim olunmasından sonra, Açıq Dəniz Dibi Tətbiqləri Texnologiyası və “Dənizdə Qazma Texnologiyası” proqramları üçün təhsil məqsədi ilə qurulan Qazma qurğusu və daha 9 Tətbiq laboratoriyasının, məktəb şəhərciyində 10 min kvadratmetr sahədə istehsalatda istifadə edilən qazma qurğunun da açılışı olub. Enerji Atelyesi, Qazma Qülləsi və Tətbiq laboratoriyalarının açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və rhbərlik etdiyi nümayəndə heyəti, Zonguldak valisi Mustafa Tutulmaz, AK Partiya Millət vəkili Əhməd Çolakoğlu, Bələdiyyə başçısı Ömər Səlim Alan, Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer, Bartın Universitetinin (BARU) rektoru, professor Orhan Uzun, TPAO-nun sədri və baş direktoru Melih Han Bilgin, rəsmi şəxslər, həmçinin prorektorlar və tələbələr iştirak ediblər.
Açılış mərasimində rəmzi qırmızı lent kəsildikdən sonra rəhbər şəxslərin çıxışları dinlənilib. Sonda tərəflər arasında xatirə fotosu çəkilib.