×

Xəbərlər

Xəbərlər 21 Jun 2023
ADNSU-nun əməkdaşı Finlandiyada “Campaigner” layihəsinin müzakirəsində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Horizon 2020 proqramı çərçivəsində həyata keçirilən və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun hazırladığı “Campaigner” layihəsinin tərəfdaşlarından biridir. 13-15 iyun tarixlərində layihə tərəfdaşlarının ikinci iclası Finlandiyanın Lahti şəhərində keçirilib. İqlim dəyişikliyi və istehlakçı davranışı ilə bağlı yeni çağrışların müzakirə edildiyi görüşdə ADNSU-nu İqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov təmsil edib.

Qeyd edək ki, layihənin 28 tərəfdaşı var, onlardan 14-ü xarici ölkələrdən olan (Azərbaycan, Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) universitetlər, elmi müəssisələr və digər uyğun təşkilatlardır.


Paylaş